Almaniyadan Türkiyə əleyhinə qərar – “Erməni soyqırımı” tanındı

02.06.2016 - 15:03

almaniyaAlmaniya parlamenti Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Moderator.az xəbər verir ki, Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd “1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.

Qeyd edək ki, bir il bundan əvvəl Almaniya prezidenti ötən əsrin əvvəlində baş verən olayları “soyqırım” adlandıran ən yüksək rütbəli Almaniya rəsmisi olmuşdu.

Türkiyənin qətnaməyə sərt reaksiya verəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=65935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728