Əliyev-Sərkisyan görüşü razılaşdırıldı

03.06.2016 - 13:21

eliyev-sarkisyanAzərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrılıqda keçirdikləri görüşlərdə prezidentlərin danışıqların növbəti raunduna razılıq verdiklərini təsdiqləyiblər. Virtualaz.org xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir. “Nazirlər prezidentlərin münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların iyun ayında keçiriləcək növbəti raunduna razılıq verdiklərini təsdiq ediblər”-bəyanatda deyilir. Bəyanat ATƏT-in saytında yerləşdirilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 30-da Fransada həmsədrlərlə görüşüb. Ermənistan xarici işlər nazirinin həmsədrlərlə görüşü iyunun 2-də baş tutub. Prezidentlərin iyun ayında harada görüşəcəkləri hələlik açıqlanmayıb. Ancaq ehtimal olunur ki, bu görüş Parisdə baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=66069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930