Azərbaycan təyyarə istehsal edəcək – CAHANGİR ƏSGƏROVDAN AÇIQLAMA

07.06.2016 - 13:41

cahangirAzərbaycan Ukrayna ilə aviasiya sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirib.

Onun sözlərinə görə, tərəflər “An-178” tipli təyyarələrin birgə istehsalının nəzərdə tutan planın üzərində işləyir. Təyyarələrin yükgötürmə qabiliyyəti 18 ton olacağı planlaşdırılır.

“Hazırda bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxılır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz “An-178” tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk “An-178” tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq”, – deyə C. Əsgərov qeyd edib.

Öz növbəsində Ukraynanın “Antonov” müəssisəsinin prezidenti Mixail Qvozdev deyib ki, əməkdaşlığın genişləndirilməsi “An-178”-in istehsal texnologiyasının Azərbaycana satılmasını nəzərdə tutmur:

“Söhbət kooperativ istehsalatdan gedir. Azərbaycan ərazisində təyyarənin istehsalının sırf yekun stadiyası həyata keçiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728