Çexiya prezidenti Əliyevlə Sarkisyana Praqada görüşməyi təklif etdi

08.06.2016 - 16:35

milosYerevanda rəsmi səfərdə olan Çexiya prezidenti Miloş Zeman Azərbaycan və Ermənistan prezidentlərinə, 2002-ci və 2004-cü ildə olduğu kimi, Praqada görüşməyi təklif edib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, Çexiya prezidenti bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ilə görüş zamanı bəyan edib.

Zeman Azərbaycan və Ermənistan prezidentlərinin konsensusa gələcəklərinə və Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olacaqlarına ümidvar olduğunu bildirib.

“Ermənistana səfərə qədər mən Azərbaycanda olmuşam. Mənim bəyanatlarım və mövqeyim harada olmağımdan asılı olmayaraq, dəyişməz olaraq qalır. Mən İlham Əliyevə Fransa və Almaniya arasındakı düşmənçiliyi xatırlatdım, bu ölkələr düşmənçiliyin öhdəsindən gəlməyi bacardılar. Ümidvaram ki, Azərbaycan və Ermənistan düşmənçiliyin öhdəsindən gəlməyi bacaracaqlar”, – o, sözünü yekunlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728