Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün yeri və vaxtı məlum olub. ANS PRESS-in “ru.1in.am” saytına istinadla verdiyi məlumata görə, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün iyunun 26-da keçiriləcəyi bildirilir.
Görüşdə may ayının 16-da Vyanada əldə olunmuş razılıqların həyata keçirilməsi imkanları müzakirə ediləcək.
Bir neçə gün öncə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verərək belə görüşün ola biləcəyini istisna etməmişdi. O bildirmişdi ki, görüşün təşkili ilə bağlı işlər aparılır.
“Bu istiqamətdə işlər aparılır. Biz belə görüşün keçirilə biləcəyini istisna etmirik. Görüş barədə hələ qəti qərar verilməyib. Əgər qərar qəbul edilərsə, mətbuata məlumat veriləcək”, – deyə Peskov bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=67089