Yol polisi bu maşınları saxlamayacaq – TƏLİMAT

14.06.2016 - 22:53

masinDaxili İşlər Nazirliyi “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Təlimat Dövlət Yol Polisi (DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.
Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməliyyat avtomobilləri texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayacaq.
Qeyd edək ki, bu təlimata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat avtomobilləri də texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayıb. MTN ləğv edilərək, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31