Putinin köməkçisi Qarabağ görüşü haqda: “Əsas vəzifə atəşkəsi saxlamaqdır”
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq üçtərəfli görüşünün əsas vəzifəsi hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaqdır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
“İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir”-Peskov bildirib.
Rusiya prezidentinin sözçüsü etiraf edib ki, qarşıdakı danışıqlar mürəkkəb olacaq. Peskovun sözlərinə görə, Putin əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyanla ayrıca görüşəcək, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. “Bundan sonra ayrıca söhbət olacaq və daha sonra üçtərəfli formatda işgüzar səhər yeməyi təşkil ediləcək, yəni orada Putin, Əliyev və Sərkisyan olacaq”-Peskov bildirib.
Beləliklə, Peskovun açıqlamasına əsasən Peterburqda Qarabağ müzakirələri üçtərəfli formatda sabah səhər də davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=67550