Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşəcəklər – BAKIDA

21.06.2016 - 11:49

its2016-cı ilin sonunadək Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşü keçiriləcək.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.

«Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin cari ilin sonunadək Bakıda keçirilməsi planlaşdırılır», – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Bakı və Ankara regionun digər ölkələri, xüsusilə İran və Türkmənistanla da üçtərəfli formatda görüş keçirməyi nəzərdə tutur.

«Görüşlərin gündəliyi və dəqiq tarixi üç ölkənin dövlət başçılarının nümayəndələri arasında məsləhətləşmələr zamanı müəyyən ediləcək”, – deyə mənbə qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31