Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi
Daxili İşlər Nazirliyində yeni təyinat olub.
Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə, Vüsal Qaraşov Yasamal rayon Polis idarəsinin 29-cu polis bölməsinin rəisi təyin edilib.
Nazir Ramil Usubovun digər əmri ilə, Yasamal Rayon Polis idarəsinin 29-cu Polis bölməsinin rəisi, Faiq Hüseynov isə sərəncama götürülüb. DİN-nin mətbuat xidməti məlumatı saytımıza təsdiq edib.
Qeyd edək ki, 29-cu Polis bölməsinin rəisi təyin edilən Vüsal Qaraşov, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.
Short URL: http://www.cumhuriyyet.net/?p=67904