Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq – KREML

27.06.2016 - 14:53

putin2Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sankt-Peterburqda prezident Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlərini məlumatlandıracaq. Virtualaz.org xəbər verir ki, bu haqda Kremldəki mənbə RİA Novosti-yə bildirib.

“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Yaxın günlərdə. Telefon zəngləri edəcək”-mənbə deyib.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31