İŞİD Türkiyəyə qarşı müharibə elan etdi – SON DƏQİQƏ

30.06.2016 - 14:18

isis3Ankarada 100 nəfərin ölümü ilə nəticələnmiş terror aktı ilə bağlı hazırlanan sənəddə İŞİD terror təşkilatının ölkə ərazisindəki hava limanlarını da hədəf almasına dair məlumatlar yer alıb.

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təşkilatın əsasən Kayseri və Malatya hava limanları ilə bağlı kəşfiyyat xarakterli məlumatlar toplaması aydın olub.

Türkiyənin sərhədlərdə nəzarəti gücləndirməsi ilə təşkilat “Türkiyəyə qarşı müharibə elanı” qərarı verib.

Bu qərar çərçivəsində əsasən hərbi hissələr, jandarmalar, polis şöbələri, mülkü insanlar, müxtəlif sosial obyektlərin hədəf alındığı və onlar barəsində hər tərəfli kəşfiyyat məlumatlarının toplandığı, “canlı bombaların”, eləcə də xüsusi partladıcı maddələrin hazırlandığı barədə məlumatlar əldə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=68577

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31