Avropa Məhkəməsi 18 iş üzrə qərarını elan etdi

30.06.2016 - 15:04

amƏsabəli Mustafayev: ”Bu fakt artıq sistem noqsanının və inzibati praktikanın göstəricisidir”


Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlarını açıqlayıb. Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, iyunun 30-da Avropa Məhkəməsi 18 iş üzrə qərarlarını elan edib: “Bunlardan 13-ü mənim apardığım işlərdir. Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6(ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlıqı) maddələrin pozuntusu tanınıb. Kompensasiya hamiya eynidir, ümumi məbləq 165 000 avro təşkil edir. Ancaq bu ay və ancaq mənim apardığım belə 15 iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib. İlin əvvəlindən isə oxşar işlərin sayı 20-yə çatdı. Bu fakt artıq sistem noqsanının və inzibati praktikanın göstəricisidir. Hakimiyyət nümayəndələrinin “bizdə məhkəmələr müstəqildir, bizdə bütün hüquqlar təmin olunub” ifadəsini işlətməmişdən qabaq bu qərarların oxumaqları məsləhətdir. Şikayətçilər bunlardır: Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənov.
Seçki ilə bağlı şikayətçilər: Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli, Nobatali Palanqov.
Hər şikayətçiyə 10 min avro və ümumilikdə hüquqi yardım üçün 4 min avro təzminat ayrılıb. Cəmi 44 000 kompensasiya təyin olnub. Birinci 3 işdə nümayəndə İntiqam Əliyevdir”.

Vəkilin sözlərinə görə, iyunun 30-da Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə də qərar elan edib, kompensasiyanın məbləqi 20 900 avrodur.

Short URL: http://www.cumhuriyyet.net/?p=68590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31