Yunanıstan hökumətindən Azərbaycanla sövdələşməyə zərbə – OYUN YENİDƏN QIZIŞDI

21.07.2016 - 14:39

ciprasYunanıstan hökuməti qaz tariflərinin nizamlanmasına dair qanun layihəsinə düzəlişləri parlamentə təqdim edərək Azərbaycanın dövlət neft şirkəti SOCAR-la sövdələşməni təhlükədə qoyub.

Virtualaz.org “Reuters”ə  istinadən xəbər verir ki, Yunanıstan hökuməti ölkədə qaz tariflərini nizamlayan qanunu geri tarixlə-2006-cı ildən qüvvədə olmaq şərtilə dəyişdirib və tariflərin artırılmasının yeni mexanizmini təklif edib. Lakin tariflər SOCAR-ın gözlədiyi səviyyədə artmayacaq və nəticədə Azərbaycan şirkətinin Yunanıstanın qaz kəmərləri şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərini alması kommersiya baxımından sərfəli olmayacaq.

Xəbər verildiyi kimi SOCAR 2013-cü ildə DESFA-nın 66 faizlik səhm paketini 400 milyon avroya almaq barədə razılaşma imzalayıb. Lakin bu razılaşmanı Avropa Komissiyası təsdiqləməyib. Avropa Komissiyası bildirir ki, SOCAR Cənub Qaz Dəhlizi ilə Yunanıstana qaz təchiz edən şirkət olacaq və onun eyni zamanda ölkənin qaz kəmərləri şəbəkəsinin sahibi olması energetika sahəsində antiinhisar qanunlarına ziddir. Nəticədə SOCAR DESFA-nın 17 faizlik səhm paketini üçüncü şirkətə satmağa razılaşıb və onun şirkətin nəzarət səhm paketinə sahib olması artıq mümkün olmayacaq. İndi isə Yunanıstan hökuməti tariflərin nizamlanmasının yeni qaydalarını təklif edərək ümumiyyətlə DESFA-nın səhmlərinin alınmasını mənasız edir.

Bildirilir ki, SOCAR Yunanıstan hökumətini qanuna bu düzəlişləri geri çəkməyə çağırıb. Bir gün əvvəl SOCAR Energy-nin Yunanıstandakı törəmə şirkətinin direktoru Anar Məmmədov energetika naziri Panos Skourletislə görüşüb və məsələni müzakirə edib. A.Məmmədov görüşdən sonra xəbərdarlıq edib ki, qanuna düzəlişlərin qəbul edilməsi SOCAR-ın DESFA-nın səhmlərini almasını təhlükə altında qoyacaq.

“Həmin dəyişiklərin qüvvəyə minməsindən sonra şirkətin dəyəri və onun gələcək rentabelliyi drmatik şəkildə aşağı düşəcək”-Anar Məmmədov Yunanıstanın Capital.gr xəbər saytına bildirib. Onun sözlərinə görə, SOCAR Yunanıstan parlamentinin qanun layihəsinə münasibətini bildirməsindən sonra mövqeyini dəqiqləşdirəcək.

Lakin Yunanıstanın Energetika Nazirliyindəki yüksək rütbəli mənbə Reuters-ə bildirib ki, hökumət bu məsələnin müzakirəsinə qayıtmağa və düzəlişləri geri çəkməyə hazırlaşmır. Mənbənin sözlərinə görə düzəlişlər enerji xərclərini aşağı salacaq və Yunanıstan sənayesini, istehlakçıları qoruyacaq.

Yunanıstan hökumətinin məhz indi-Cənub Qaz Dəhlizinin reallaşmasının yaxınlaşdığı və TAP kəmərinin tikintisinin başladığı bir vaxtda belə addım atmasının arxasında təkcə iqtisadi səbəblərin dayandığı ağlabatan görünmür. İstisna deyil ki, bu, Azərbaycanın Avropanın enerji bazarında mövqelərinin möhkəmlənməsindən narahat olan güclərin maraqları çərivəsində atılmış addımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930