Blatter rüşvət ittihamının götürüləcəyinə ümidlidir: “Bunu etmək borcumuzdur”

25.08.2016 - 21:56

blatterVəzifəsi şübhə altına alınan FİFA prezdenti Jozef Blatterin CAS-a etdiyi müraciət araşdırılmağa başlanılıb.

 

Blatter keçmiş UEFA prezidenti Mişel Platiniyə 2 milyon İsveçrə Frankı rüşvət verməkdə günahlandırılır. 6 il futboldan kənarlaşdırılan Blatterin vəziyyəsinə Lozandakı məhkəmə proseslərindən sonra aydınlıq gələcək. Məhkəməyə müdafiyəsi üçün gələn keçmiş prezident veriləcək qərarın xeyrinə olacağınından ümidli olduğunu bildirib.

 

O deyib: “Mən özümü müdafiə edəcəm və bilirəm ki, indidən əminliklə danışmamaq lazımdır. Məhkəmədə Platiniyə bizim həqiqətən də borcumuz olduğuna görə bir ödəmə edildiyi məlum olacaq. Bu qaydadır, borcumuz varsa ödəməliyik”.

 

FİFA Apelyasiya Məhkəməsi işləri şübhə altına alınan Blatterlə Platininin cəzalarını 8 ildən 6 ilə endirmişdi. Lozanda Platinin məhkəməyə etdiyi şikayət rədd edilmiş, amma İdman Arbitraj Məhkəməsinin cəzasının 4 ilə salınmasına qərar verilmişdi. Blatterin hazırda etdiyi şikayət müraciyyəti rədd ediləcəyi halda 6 il müddətində bütün futbol təşkilatlarından uzaqlaşdırılacaq.

 

2015- ci ildə FİFA-nın  rəhbərlik heyyətinin də aralarında olduğu onlarla işçi haqqında ABŞ-da cinayət işi açılmışdı. Onlara 2010-cu ildəki seçimlərdə Dünya Çenpionatlarının Rusiya və Qətərdə keçirilməsi qərarını rüşvətlə edildiyi ittihamı irəli sürülmüşdü.

Onların arasında Jozef Blatter və Mişel Platini də var idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74141

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930