Erməni əsgərin intiharına görə tutulanların adları AÇIQLANDI
Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində əsgər Narek Patatanyanın özünü öldürməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ona qarşı zorakılıq tətbiq edildiyi artıq sübut olunub.
Bunu İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan açıqlayıb. Onun sözlərinə görə, aparılan istintaq araşdırması nəticəsində 6 nəfərə qarşı cinayət işi qaldırılıb.
Onlardan biri əsgər Şahmurayandır. O, bir qrup şəxslə əlbir olub zorakılıq törətməkdə, nizamnamə münasibətlərinin pozulmasında təqsirkar bilinir. A.Aleksanyana qarşı tabeçiliyində olana qarşı zorakılıq və ya zorakılıq təhlükəsi, eləcə də döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması üzrə ittiham irəli sürülüb.
V.Vardanyan rəis barəsində zorakılıq və ya zorakılıq təhlükəsi, yaxud onun qohumu barəsində xidməti vəzifəsinin icrası ilə əlaqədar cinayət işi açılıb.
Leytenant L.Sərkisyana hakimiyyətdən sui-istifadə, sənədlərdə məlumatları saxtalaşdırma, tabe edilmiş komandirin əsgəri təhqirində ittiham olunur.
Q.Qukasyana isə nizamnamə münasibətlərinin pozulması cəhdində, tabe olana qarşı zorakılıqda iştirak ittihamı irəli sürülüb.
Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Narek Patatanyan sentyabrın 16-da özünü başından güllə ilə vuraraq intihar edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=76432