Nazirlik əməkdaşının evində partlayış: ölən və yaralananlar var – FOTO
Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.
Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.
Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
Məlumata görə, partlayış zamanı Ş.Novruzova və L.Qurbanlı sübh namazı qılırmış.
Qeyd edək ki, M.Qurbanov nazirliklərdən birində çalışır.
Faktla bağlı araşdırma aparılır.



Short URL: http://www.cumhuriyyet.net/?p=79668