Eldar Mahmudov işə başladı: mağazaları açıldı – FOTO

20.10.2016 - 12:50
eldar_mahmudov_281009Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudov ciddi fəaliyyətə başlayıb.
O, “dondurlulan” işlərini qaydaya salıb, MTN ətrafında baş verən gərginlik vaxtı fəaliyyəti dayandırılan obyektlərinin açılışını edib.
Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var.
Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da məlumat yayılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb.
Məlumata görə, bu şərab evləriylə yanaşı Mahmudovun digər obyektlərində də işlərə start verilib.
Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib. Bundan sonra  Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb. Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib. Əksinə, görünür, o, həbs təhlükəsini tamamilə adladığına əmin olduğuna görə şəxsi biznesini qaydaya salmağa başlayıb.(Bakupost.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79677

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930