Prezidentdən icra başçılarına mesaj: “Buna görə qiymət veriləcək”

20.10.2016 - 15:37

ilham-%c9%99liyev_5“Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir: “Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31