Hillari Klintonun məxfi poçtu: “Azərbaycandan pul götürək?”

20.10.2016 - 15:44

Azerbaijan's Foreign Minister Elmar Mammadyarov (R) and US Secretary of State Hillary Clinton arrive for a joint press conference at Heydar Aliyev International Airport in Baku, Azerbaijan, June 6, 2012. AFP PHOTO / POOL / Saul LOEB        (Photo credit should read SAUL LOEB/AFP/GettyImages)

Məlum olduğu kimi ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun dövlət katibi olarkən yazışmaların bir hissəsini şifrələnmiş elektron ünvandan deyil, öz şəxsi elektron poçtu üzərindən apardığı üzə çıxıb. Habelə Rusiyaya bağlı hakerlər Demokratlar partiyasının Milli Komitəsinin elektron poçtunu sındırıblar və Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın poçtundan ələ keçirilmiş sənədləri hazırda qalmaqallı WikiLeaks saytı yaymaqdadır.

Yayılan sənədlərdən biri Hillari Klintonun komandasının 2015-ci ilin aprelində xarici ölkələrin lobbiçilərindən seçki ianəsi toplamaq məsələsi barədə yazışmalarını əks etdirir. Belə ki, Klintonun komandası İraq, Azərbaycan, Misir, Liviya, Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı lobbiçilərindən onun seçki fonduna ianələrin qəbul edilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə edir. Bildirirlər ki, belə ölkələrdən ianə qəbul etsələr problemlə üzləşərlər.

Lakin xeyli müzakirələrdən sonra Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Muk bildirir ki, o, “istənilən hücumlara baxmayaraq” ianələrin qəbul edilməsinin tərəfdarıdır. Bundan sonra Klintonun kampaniyasının kommunikasiyalar üzrə meneceri Cennifer Palmieri bildirir: “Pulları götür!”.(Virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79704

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930