Milli Məclisdə mübahisə: “Sən artıq keçdin siyasətə…”

21.10.2016 - 13:43

milli-m%c9%99clis2Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.

Rüfət Aslanlı Vahid Əhmədovun banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş Konstitusiya dəyişiklərindən danışıb:

“Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir. Bunu öz gündəlik fəaliyyətində nümayiş etdirir. Bir müddət öncə cənab prezidentin təşəbbüsü ilə Konstitusiyay edilmiş dəyişiklərlə bağlı keçirilən refendumda Azərbaycan xalqının göstərdiyi münasibət dövlət, dövlət orqanlarını xə xalqın yekdilliyinin sübutudur. Mən siyasətçi deyiləm. Bununla da məsələnin siyasi hissəsini bitirirərəm”.

Deputat Vahid Əhmədov isə maliyyə qurumu rəhbərinin siyasətdən danışmasına bu cür münasibət bildirib:

“Sən artıq keçdin siyasətə…”.

Belədə Rüfət Aslanlı isə Vahid Əhmədova bu cür cavab verib:

“Vahid müəllim, mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31