Eldar Mahmudovun qaldığı yer bilindi

25.10.2016 - 14:35

eldar_mahmudov_281009Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda Bakının Nardaran qəsəbəsində qalır.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.

Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.

Eldar Mahmudovun yaşadığı evdən girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir.

Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir.

Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.

Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var.

Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun “vuran əli” Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri – Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır.

Hazırda Eldar Mahmudovun quldur dəstəsindən olan 18 nəfər keçmiş MTN-çi həbsdə saxlanılır (1 nəfər isə özünü təcridxana asaraq intihar edibıb). Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728