Akif Çovdarov azadlığa buraxılır…

16.11.2016 - 11:56
1479195997_eldarakifeeMTN GENERALI ÖMRÜNÜN BUNDAN SONRASINI EV DUSTAQLIĞINDA KEÇIRƏCƏK
 
Ləğv edilmiş MTN-nin həbsdə olan idarə rəisi, genaral Akif Çovdarov ev dustaqlığına buraxılır.
Hazırda məhkəməsi davam etdirilən general “xəstəliyi” ilə bağlı dəmir barmaqlıqlar arasından xilas olacaq. Məlumatda bildirilir ki, A.Çovdarovun son məhkəmə prosesində əvvəlcə iştirak etməməsi, daha sonra məhkəmənin təkidi ilə prosesə gətirilməsi və burada oksigen balonu ilə süni nəfəs verilərək, oturması onun ev dustaqlığına buraxılacağının ilkin işarətləridir.
Çovdarovun son prosesində Bakı İstintaq Təcridxanası onun prosesdə iştirak edə bilməyəcəyi barədə məhkəməyə müraciət ünvanlamışdı. Məhkəmə isə bu müraciətə baxmamış, Çovdarovun məcburi qaydada prosesə gətirilməsi barədə qərar çıxarmışdı. Daha sonra məhkəməyə gətirilən Çovdarov zalda oksigen balonundan süni nəfəs alaraq oturmuş və prosesdə vəkillərindən imtina etdiyini bəyan etmişdi: “Onlar mənim müalicə məsələmi həll edə bilmirlərsə, mənə vəkil lazım deyil”.
Qeyd edək ki, Çovdarovun səhhətində bir sıra problemlərin olduğu barədə məlumatlar vəkillər tərəfindən uzun müddətdir tirajlanır. Lakin Penitensiar Xidmət bu məlumatları təkzib edərək, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan generalın səhhətində xüsusi qabardılası bir problemin olmadığını bildirib. Ötən gün keçirilən prosesdə təcridxanadan məhkəməyə göndərilən məktub isə bir ilk idi. Bununla Penitensiar Xidmət də Çovdarovun səhhətində ciddi problemlərin olduğunu etiraf etmiş oldu.
Onu da bildirək ki, sabiq MTN generalı bundan öncəki prosesə də xərəkdə gətirilmiş və proses boyu xərəkdə uzanıqlı vəziyyətdə qalmışdı. Daxil olan məlumatda bildirilir ki, son prosesə qədər Çovdarovun səhhətinin ağırlığı ilə bağlı məlumatların məhz onun özünün uydurması və azadlığa çıxmaq planının tərkib hissəsi olduğunu düşünmək mümkün olsa da, ötən gün istintaq təcridxanasının da məhkəməyə göndərdiyi müraciət generalın səhhətindəki problemlərin ciddi olduğunun rəsmi ağızlardan təsdiqi idi. Bütün bu məqamlardan sonra yaxın günlərdə onun səhhəti nəzərə alınaraq, ev dustaqlığına buraxılacağı barədə məlumatın səhihliyinə inanmaq olar.
Məlumata görə bu proseslər ləğv edilmiş MTN rəhbəri Eldar Mahmudovun ssenarisi əsasında və onun əlaqələri hesabına baş verir. Bildirilir ki, o, Çovdarovu həbsxanadan çıxaracağı barədə öhdəlik götürüb.
Mənbəmiz onu da iddia edir ki, Çovdarov ev dustaqlığına buraxıldıqdan sonra müalicəsi ilə bağlı xəstəxanalardan birinə yerləşdiriləcək və beləliklə, məhkəmədə iştirakı da sual altına düşəcək.
Onu da qeyd edək ki, uzun müddətdir Çovdarov təcridxana rəhbərliyindən öz hesabına müalicə olunması üçün şərait yaradılmasını istəyir.(bakupost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31