Əli Abbasov 250 milyonluq qalmaqaldan DANIŞDI

16.11.2016 - 15:10

?????????????????????????????????????????????????????????

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun istintaqda sorğu-sual olunması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Qeyd olunur ki, E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu “Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub.

Bununla bağlı açıqlama verən sabiq nazir Əli Abbasov deyib ki, yazılanlar cəfəng fikirlərdir: “Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb. 100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib.  250 milyon absurd bir rəqəmdir. “Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.(unikal.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=82011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31