Araz Ağalarov: “Elə bir böhrandayam ki…”

77280108
Ən pisi o olardı ki, Tramp kişilərə irişərdi…
Bunu azərbaycanlı milyarder Araz Ağalarov yeni seçilmiş ABŞ prezidenti Donald Trampla bağlı Rusiya KİV-ə müsahibə verərkən deyib.
O, Trampla əlaqələrinə dair bəzi nüanslara toxunub. Ağalarov Trampın seçki kampaniyasında iştirak etmədiyini, ona maliyyə dəstəyi vermədiyini deyib:
“Mən özüm özümü maliyyələşdirə bilmirəm, ABŞ prezidentliyinə namizədi necə maliyyələşdirəcəkdim? Elə bir iqtisadi böhrandayam ki, ABŞ prezidenti yadıma düşür? İndi özümüz bu böhrandan çıxmalıyıq, nəinki kimisə maliyyələşdirmək.
Bir neçə dəfə Trampla görüşmüşük. Münasibətlərin bundan sonrakı inkişafı ilə bağlı onu deyə bilərəm ki, yaxşılığa doğru dəyişikliklər olacaq”.
A.Ağalarov Trampın seksual qalmaqallarına da münasibət bildirib. İş adamı onun əsl kişi olduğunu qeyd edib:
“Onu deyim ki, kişi xoşladığı qadına irişirsə, deməli əsl kişidir. Ən pisi o olardı ki, Tramp kişilərə irişərdi. Nəhayət, onun sözünü tutmamağı barədə. Biznesdə belə bir qayda var, sözünü tutmadınsa, uğur qazana bilməzsən. Tramp iki dəfə müflis olub, amma hər dəfə də ayağa qalxaraq uğur qazana bilib.
Donald Tramp mənim xoşuma gəlir.
Ağalarov Trampın Eminin klipinə çəkilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, milyarder iş adamına pul təklif olunmayıb:
“Nə pul? Bircə bu çatmırdı. Trampa nə qədər pul verməlisən ki, klipə çəkilə?! Əlbəttə pulsuz çəkildi. Moskvada “Kainat gözəli” müsabiqəsi keçirilirdi. (Müsabiqə Ağalarova məxsus “Krokus Ekspo”da baş tutub) Tramp düz bir həftə bizimlə bir yerdə oldu. Bir gün Emin xahiş elədi ki, bircə epizod da olsa klipə çəkilə bilərmi? Donald dedi ki, fasilədə 10 dəqiqə vaxtı olacaq, çatdıra bilərlərsə, problem yoxdur. Bircə dubla da çəkildi”.
Lent.az-ın məlumatına görə, azərbaycanlı iş adamı yeni ABŞ prezidentinə hələ zəng etmədiyini bildirib:
“ABŞ prezidentinə zəng etmək sizə asan gəlməsin. Amma teleqram göndərəcəyəm. Onun telefon nömrəsinə gəlincə, bunu sizə verə bilmərəm. Kiminsə kontaktlarını başqasına razılığı olmadan vermək etik deyil”.
Ağalarov Trampın 1 həftəlik Moskva səfəri çərçivəsində Kreml rəsmiləri ilə görüşmədiyini açıqlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=82013