Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı

18.11.2016 - 16:25

elnuraslanov1Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də cavabda məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

O da qeyd edilib ki, Elnur Aslanov hətta beynəlxal şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırlmışdı.

Bir müddət əvvəl isə media onun “fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymıdı.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31