Rus generaldan şok: “Türkiyə NATO-dan çıxsın”

22.11.2016 - 13:00

1288769850044Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucularından olan ordu generalı Leonid İvaşo Türkiyənin quruma üzvlük məsələsinə münasibət bildirib.

General Ankaranın ŞƏT-ə üzv olmaq üçün NATO-dan çıxmalı olduğunu deyib:

“Türkiyə prezidentinin bu açıqlaması və Ankaranın təşkilata üzv olmaq istəyi doğru qərardır. Bu təşkilat Avrasiyada böyük nüfuza malikdir. ŞƏT-in parlaq gələcəyi var. İqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində təşkilatın böyük perspektivi var. Hindistan və Pakistan kimi nüvə ölkələri ŞƏT-ə üzv olduqdan sonra iki ölkə arasında hərbi gərginlik də azaldı.

NATO kimi aqressiv bir hərbi blokun üzvü üçün ŞƏT-ə üzvlük bir qədər çətindir. Hələlik, bu belədir. NATO müstəqillik uğrunda mübarizə aparan bəzi dövlətləri yox etdi. Ona görə də Türkiyənin üzvlüyü ikitərəfli istiqamətdə aparılmalıdır. Bir tərəfdən Türkiyə ŞƏT-ə üzvlük üçün danışıqlar aparmalı, digər tərəfdən isə NATO-dan çıxmaq üçün hərəkətə keçməlidir.

ABŞ-ın yeni prezidenti Donald Tramp da NATO-nu köhnəlmiş bir qurum olduğunu açıqladı. Türkiyə bütün bunları hesablamalı və nəticə çıxarmalıdır”.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan AB ilə danışıqların ləğv ediləcəyi haqda xəbərdarlıq edib:

“Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.

Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin “bunu müzakirə edirik”, – dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82635

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31