Azərbaycanda “İlin ən yaxşı müəllimi” intihar etdi – FOTO

23.11.2016 - 16:12

asmaqAbşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə “Ən yaxşı müəllimi” 2-ci dərəcəli diplomu ilə seçilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.(Report.az)


Short URL: http://www.cumhuriyyet.net/?p=82788

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31