Azərbaycanın bank sistemi dağıla bilər
Çoxları əmanətlərini banklardan geri çəkəcək.
Bu barədə “Exo” qəzetində dərc olunan “Dəyişikliklər indi lazımdır, yoxsa Azərbaycanın bank sistemi dağıla bilər” sərlövhəli məqalədə qeyd olunub.
Müəllif bank sisteminin durumunu ekspertlərlə dəyərləndirib.
Müəllif diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının bu günlərdəki çıxışında dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması bəyanatına cəmləşdirir. Müəllif bunu da xatırladır ki, sonradan Palata belə bəyanat verildiyinin təkzib edib.
Müəllif bank sistemilə bağlı bir sıra sənədlərə istinadən əmanətlərin sığortalnmasının dövlətin öhdəliyi olduğunu bildirir.
“Azərbaycan əmanətlərin sığortlanması sistemindən bütünlüklə çıxa bilməz. Onun görkəmi dəyişə bilər,yəni, əmanətlərinbütünlüklə sığortlanmasından imtina edə bilər. Ya Mərkəzi bank Sığorta Fonduna kreditlər verilməsini dayandıra bilər ki, bu da bu sistemin sıradan çıxmasına səbəb ola bilər”. Bu şərhi qəzetə bank üzrə ekspert Əkrəm Həsənov şərh edib.
Ə.Həsənov adı çəkilən bəyantın verilməsinin ağır nəticələrə səbəb olacağının da istisna etməyib:
“Sözsüz ki, öncədən bəyanat verilməsi. sonradan isə onun təkzib olunması öz əmanətlərini banklarda saxlayanlar üçün sevindirici xəbər deyil və çoxları sadəcə əmanətlərini banklardan geri çəkəcək”.
Ə.Həsənov deyir ki, əmanətlərin tam sığortalnması haqqında qanun qəbul edildikdə bunun səhv olduğunu bildirib. Onun sözlərinə görə, Dünyanın heç bir yerində tam sığorta sistemi yoxdur və buna indiki halda maliyyə ehtiyatları da imkan vermir.
Short URL: http://www.cumhuriyyet.net/?p=83083