Akif Çovdarovun səhhəti yenə ağırlaşıb – məhkəmə

28.11.2016 - 13:38
covdarovLəğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilib. Məhkəmə prosesinə hakim Həbib Həsənov sədrlik edib.
Saat 11:00-a təyin edilimiş iclas adəti üzrə yenə 1 saat gec başlayıb.
Məhkəmədə Akif Çovdarovun vəkili Şahin Rəfiyev vəsatətlə çıxış edib. O, A.Çovdarovun səhhətinin ağır olduğunu və bunun üçün ekspertiza təyin edilməsini istəyib. Vəsatət hələ ki, baxılmamış saxlanılıb.
Məhkəmə prosesi zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə davam etdirilib. Prosesdə şahidlərin ifadə verməsi nəzərdə tutulub.
Şahmar Qurbanov qızıl-brilyant satışı ilə məşğul olub. O, A.Çovdarov tərəfindən hədə-qorxu gəlinərək 500 min dollar nağd pulunun və 380 min dollar dəyərində brilyantının alındığını deyib. A.Çovdarov isə deyilənlərlə razılaşmır.
Onu da bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
A.Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=83210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31