İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları -SİYAHI

17.01.2017 - 13:05

Yüksək vəzifə tutan məmur övladlarının ölkənin qanunverici orqanında müxtəlif postlara yerləşdirilməsi ənənə halını alıb. Cumhuriyyet.az xəbər verir ki, Gununsesi.info Milli Məclis Aparatında çalışan yüksək vəzifəli şəxslərin övladları ilə bağlı araşdırma aparıb. Araşdırmamızın birinci mərhələsində şəhər və rayon icra hakimiyyəti başçılarının övladları yer alıb.

Milli Məclisdə çalışan bu şəxsləri siz də tanıyın:

Uzun illər müxtəlif rayonlarda icra hakimiyyətinin başçısı vəzifəsini tutan Mübariz Ağayevin oğlu Hüseyn Ağayev Milli Məclis sədrinin müavininin köməkçisi işləyir.

huseyn

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun oğlu Fuad Məmmədov  Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini vəzifəsini tutur.

fuad

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev  də parlament aparatında çalışır.

elmir

Bundan başqa Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu Ramil İsaqov da Milli Məclisdə mühüm post tutan məmur uşaqlarındandır.

Bakının Nizami Rayon icra hakimiyyətinə rəhbərlik edən Arif Qasımov da oğlunu Fuad Qasımovu Milli Məclisdə yerləşdirənlərdəndir.

Short URL: http://www.cumhuriyyet.net/?p=85627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728