MTN Hüseyn Büyükfıratı da şantaj edib-İŞ ADAMININ YÜZ MİNİNİ ALIBLAR

18.01.2017 - 10:58

Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar qruplaşmanın məhkəməsi başlayan üzvlərinin işində sensasion məqamlar üzə çıxır.

Gununsesi.info-nun araşdırmasına görə, MTN-dəki dəstənin indiyədək törətdiyi əməllərin heç də hamısı istintaq tərəfindən araşdırılmayıb. Yəni ki, törədilən cinayətlər istintaq materiallarında əks olunanlardan qat-qat çoxdur.

Saytımızın araşdırması zamanı MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun Azərbaycanda çalışan iş adamı “Buyukfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Buyukfıratı da şantaj etdiyi, ondan külli miqdarda pul aldığı üzə çıxıb.

vusal1

Belə ki, Vüsal Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən ilahiyyatçı alim və QMİ-nin sektor müdiri olmuş Elşən Mustafaoğlunun da işindən pul “qazanıb”. Hüseyn Büyükfıratı Elşən Mustafaoğlunun “Mənəvi Saflığa Dəvət” jurnalına sponsorluq etməkdə ittiham edən MTN iş adamını istintaqa çağırıb. Bir neçə dəfə istintaqa gedən Hüseyn Buyukfıratdan 100 min manat aldıqdan sonra əl çəkiblər.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyədən olan iş adamları arasında ölkəmizə ikinci vətəni kimi yanaşan şəxslərdən biri də Hüseyn Büyükfıratdır. Hətta ona öz ölkəsində “Azərbaycanlıların abisi” ayamasını da veriblər. Ölkəmizdə həmçinin, sosial xarakterli layihələrə dəstək verən iş adamı Azərbaycanda da böyük nüfuza sahibdir. Belə bir şəxsi ölkədən incik salmaq isə ancaq Eldar Mahmudov və onun tamahkar dəstəsinin nəfsi ucbatından ola bilər.

Olayla bağlı əməkdaşımız Hüseyn Büyükfırata telefon açsa da iş adamı ilə danışmaq cəhdimiz baş tutmayıb.

Hüseyn bəyin mövqeyini də işıqlandırmağa hazırıq.

Gununsesi.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85686

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930