ABŞ və Rusiya: müharibə, yoxsa… – Generalların qapalı Bakı görüşünün SİRRİ

19.02.2017 - 15:29

Bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşəcəklər.

cumhuriyyet.az  xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, İŞİD-ə qarşı mübarizə və Ukrayna ilə bağlı müzakirələr aparılacaq. Bu, 2014-cü ildən bəri Rusiya və ABŞ arasında ən yüksək səviyyəli ilk görüş hesab olunur. Xüsusilə görüşün Vaşinqton və Moskva arasında Qara dəniz, eləcə də Şərqi Avropada gərginliyin artması fonunda keçirilməsi diqqət çəkir.

Burada əsas məsələlərdən biri isə “Görüş üçün məkan olaraq niyə məhz Bakının seçilməsi”dir.

“Nyu-York Times” nəşri bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Nəşrin hərbi mənbələrindən əldə etdiyi məlumata görə, görüşlə bağlı razılığın əldə edilməsi üçün aylar sərf olunub.

Əvvəlcə ruslar görüş üçün Minski təklif edib. Amerikalılar isə Qərbi Avropanı üstün tutublar. Lakin Avropa İttifaqının Ukraynadakı hadisələrə görə rus hərbiçilərinə qoyduğu qadağa Gerasimovun Qərbi Avropaya gəlişi çətinləşib. Nəticədə Bakı neytral yer olaraq seçilib.

Hərbi mənbələr generalların Bakı görüşünün təfsilatını açıqlamaqdan imtina ediblər. Lakin o məlumdur ki, İŞİD-ə qarşı birgə mübarizə məsələsi əsas mövzulardan olacaq.

Obama Administrasiyasında müdafiə nazirinin müavini olmuş Elissa Slotkin deyir ki, Amerika Rusiya ilə əlaqələri gücləndirməyə getməzdən əvvəl onları başa düşmək istəyir.

Lakin Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş eksperti Selesta Vallander hesab edir ki, Rusiyanın Qara dəniz, Baltikyanı ölkələrdə və Suriyada rolunu nəzərə alaraq, onunla kommunikasiya əlaqələrini gücləndirmək lazımdır.

“Mən bu görüşün baş tutmasına sevinirəm”, – deyə o vurğulayıb.

Nəşr əlavə edir ki, belə görüşün keçirilməsi Rusiyanın Krımı ilhaq etməsindən sonra gündəmə gəlib. Lakin Suriyada rus hərbiçilərinin döyüşə başlaması və Bəşər Əsədi dəstəkləməsindən sonra diplomatiya alt-üst oldu.

Qeyd edək ki, görüş üçün məhz Bakının seçilməsi Azərbaycanın əhəmiyyəti baxımdan önəmlidir. Hər şeydən əvvəl ona görə ki, bundan sonra da mühüm görüşlərin məhz paytaxtımızda keçirilməsi nümunəsi yaranacaq. Lakin Bakı təkcə generalların görüşünə yox, həm də böyük hadisələrə şahidlik edəcək. Çünki generalların müzakirəsi və razılıq əldə edib-etməməsi ABŞ-Rusiya münasibətlərinin bundan sonrakı dövrünü də müəyyən edə bilər: ya böyük saziş və dünyanın birgə bölüşdürülməsi, ya da böyük müharibənin başlaması. Və belə demək mümkünsə, dünyanın taleyi bu gün Bakıda həll olunacaq.

Bakı görüşündə diqqətçəkən ən mühüm məqamlardan biri isə İranın ədliyyə naziri Mustafa Məhəmmədinin Bakıya, Tehranın Suriya əməliyyatına rəhbərlik edən general Qasım Süleymaninin isə Moskvaya səfər etməsidir. Hesab etmək olar ki, ABŞ-Rusiya razılaşmasına qarşı olan İran hansısa formada məsələyə müdaxilə etməyə çalışır.

Asif

Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930