Qarabağ azad olunacaq, Ermənistan məhv ediləcək… – GÜNÜN SİYASİ XÜLASƏSİ

22.02.2017 - 02:06

Günün əsas hadisəsi Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi oldu. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Moskvanın Ukraynanın şərqində yaradılan separatçı rejimlərlə bağlı son qərarı münaqişənin həlli ətrafında yeni vəziyyət yaradıb. İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyaları yeddinci gününü başa vurub. Səudiyyə Ərəbistanı Suriyaya xüsusi təyinatlı birliklərini göndərməyə hazırlaşır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır”, – dövlət başçısı deyib.

“Hörmətli cənab Prezident. Mənə göstərdiyiniz yüksək etimada görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Mehriban Əliyeva bildirib: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm, belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər nailiyyətin arxasında sizin köməyiniz, sizin dəstəyiniz durur”.

26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Ermənistanda son 25 il ərzində hakimiyyət xalqın bütün bədbəxtliklərini azərbaycanlılar və türklərin üzərinə yıxmağa vərdiş edib. Ermənistanda qaz bahalıdır, günahkar Azərbaycandır. Ermənistanda hər şey bahadır, günahkar bizi illərlə blokadada saxlayan türklərdir. Ölkədə iş yoxdur, ədalət yoxdur, demokratiya yoxdur və bütün bunların günahkarı bizim qonşularımızdır”.

Bu barədə erməni jurnalist Tevos Arşakyan yazıb.

Onun sözlərinə görə, erməni cəmiyyətinin müəyyən hissəsi hakimiyyətin bu uydurmalarına kor-koranə inanır: “Halbuki, başqalarını günahlandırmaq daha asandır və bizim məmurlar da bunu edirlər. Bu, xüsusilə “Qarabağ klanı”na sərfəlidir. Hansı ki, hakimiyyətdə qalmalarının əsas səbəbi Qarabağ münaqişəsidir. Bu klan illərdir uydurur ki, “əgər biz olmasaq, türklər və azərbaycanlılar Ermənistanı məhv edəcək, Qarabağı alacaq”. İllərdir biz eyni yalanları uduruq”.

“Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”.

Bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib. S.Sarkisyan açıq etiraf edib ki, Rusiyasız Ermənistan müstəqil dövlət ola bilməz.

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub.

Etiraz aksiyalarının son günündə İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb.

Etiraz aksiyaların genişlənməsi ilə əlaqədar olaraq bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib. Arabi21.com xəbər saytı təhlükəsizlik güclərinin aksiyalara müdaxilə nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazıb.

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə üçün Suriyaya xüsusi təyinatlı birliklərini göndərməyə hazırdır. Bu haqda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı layihə hazırlayıb. Yeni layihədə Şimali Koreya ilə elmi-texniki əməkdaşlığın dayandırılması təklif edilir.

Yeni sənəddə Pxenyana nikel, gümüş və sinkin tədarükü də qadağan olunur. Moskva həmçinin Şimali Koreyaya gəmi və vertolyotların satışının da dayandırılmasını planlaşdırır.

Fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzaladı.

Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır. Daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk “xalq respublikaları”nın pasportlarını rəsmi olaraq tanımır.

Politobzor.net saytı Kremlin Kiyevi gürcü ssenarisi haqqında xəbərdar etdiyini yazıb.

Rusiya Federasiyası Donetsk və Luqansk “xalq respublikaları”nın terrorçularına müdafiə-sənaye kompleksinin məhsullarını, həmçinin tanklar, zenit-raket sistemləri və tank əleyhinə silahları çatdırır.

Bu haqda Stokholm Beynəlxalq Sülh Tədqiqat Institutuna (SIPRI) istinadən Liqa.net saytı bildirib.

Daha əvvəl Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib ki, Donetsk və Luqansk “xalq respublikaları”nın sərəncamında 380 tank var. Onun sözlərinə görə, “DXR” və “LXR”in ordu korpuslarında reaktiv yaylım atəş sistemləri və artilleriya raket sistemlərinin 1000 vahidindən çoxu var. Deputat terrorçularda 900 zirehli döyüş və 350 ədəd hava hücumundan müdafiə sisteminin olduğunu bildirib.

Ukrayna ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinin pasportlarının Moskva tərəfindən tanınmasına cavab olaraq Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının humanitar yardım və böhranların idarə olunması üzrə komissarı Xristos Stilianidislə görüşündə bildirib.

Poroşenkonun sözlərinə görə, Moskvanın bu qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən artıq qanunsuz rejimlərin tanınması deməkdir. Dövlət başçısının sözlərinə görə, Moskva de-fakto Minsk prosesindən imtina edib.

Xatırladaq ki, fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır.

Rusiya hərbi qruplaşmalarının Suriyaya yeridilməsi rəngli inqilablar zəncirini qırdı. Bunu II Ümumrusiya Gənclər Forumunda çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

“Bizim ordumuzun Suriyaya yeridilməsi Yaxın Şərq və Afrikadakı rəngli inqilablar zəncirini qırdı. Biz Suriyada təkcə terrorçuları məhv etmirik, həm də dövləti onlardan xilas edir, həm də terrorçuların buradan bizim ölkəyə gəlməsinin qarşısını alırıq. Rəngli inqilablar dalğası dünya siyasətində ciddi dəyişikliklərə səbəb oldu. Yuqoslaviya, Gürcüstan, İraq, Liviya, Ukrayna, Suriyada bu inqilab ssenarisi gerçəkləşdirildi”, – Şoyqu bildirib.

Rusiya Müdafiə naziri həmçinin bildirib ki, NATO aviasiyasının Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının fəallığı son zamanlar kəskin artıb.

“Sərhədlərimizdə ittifaqın kəşfiyyat aviasiyasının ümumi uçuşları son 10 ildə praktik olaraq 3 dəfə, Rusiyanın cənub-qərbində isə 8 dəfə artıb”, – deyə nazir bildirib.

Hərbi müəssisənin başçısı qeyd edib ki, Qara dənizdə tez-tez NATO-nun raketlərlə silahlanan gəmiləri meydana çıxır. Sergey Şoyqu bildirib ki, Şimali Atlantika İttifaqının rəhbərliyi Rusiya ilə əməkdaşlığın bütün formalarından imtina üzrə əvvəlki kursunu saxlayır və öz-özünü Rusiya təhlükəsi ilə qorxutmağa davam edir.

(publika.az)

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88837

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930