Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli” “İran qılıncı” ilə ÜZ-ÜZƏ – FOTO/VİDEO

23.02.2017 - 22:57

Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallı ilə Suriyanın Hələb şəhərinin Əsəd rejiminin əlinə keçməsini təmin edən İran İnqilab Keşişçilərinin “Qüds” elit birliyini komandiri general Qasım Süleymaninin yolları İŞİD-ə qarşı Raka əməliyyatında kəsişəcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə analitik Metin Gürcan deyib.

Qasım Süleymani 1979-cu ildə Mahabadda kürd etirazlarının qarşısını alınmasında və İran-İraq müharibəsində iştirak edəndən sonra məşhurlaşıb. Ona “İranın qılıncı” da deyirlər. Süleymani İranın xarici əməliyyatlarına rəhbərlik edir. Suriyada Bəşər Əsədi dəstəkləyən İran Süleymaninin rəhbərliyi altında müharibə aparır.

Zəkai Aksakallı isə əfsanəvi “Bordo Bereli” xüsusi təyinatlı qüvvələrin rəhbəridir. O, PKK-ya qarşı mübarizədə məşhurlaşıb. Həmçinin, Azərbaycan ordusuna təlim keçən komandir olaraq da tanınır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların qarşısını alan şəxslərdən biri olub.

M.Gürcan qeyd edib ki, artıq bölgədə İranın qəhrəman kimi təqdim etdiyi Süleymaninin güclü bir rəqibi var.

Keçmiş “bordobereli” olan Metin Gürcan qeyd edib ki, Aksakallı da, Süleymani də millətçidir.

“Hər ikisi ABŞ-a qarşıdır və regiondakı bütün problemlərin qaynağının Amerika olduğunu hesab edirlər. Lakin heç biri Rusiyapərəst deyil”, – deyə o bildirib.

Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930