II Dünya müharibəsindən sonra ABŞ və Rusiya ilk dəfə bu addımı atdı – Türkiyəyə qarşı XAİN PLAN

25.03.2017 - 13:32

PKK-nın Suriya qolu olan PYD üzərində hakimiyyəti ələ almaq üçün ABŞ və Rusiya mübarizəyə başlayıb.

 Türkiyənin “Yeni Şafak” qəzeti PYD-nin Bəşər Əsədə və Rusiyaya yaxınlaşdığını yazır.

Qəzetin məlumatına görə, Suriyada Əl-Babdan sonra Münbiçə doğru irəliləmək istəyən türk əsgərlərinin qarşısını rus əsgərləri kəsib.

“PYD Münbiçi Əsədə təhvil verəcəyini açıqlamışdı. Lakin göründüyü kimi, bu açıqlama da oyundur. Hazırda Münbiçdə Öcalanın bəzi fotoları aşağı endirilib. Münbiçdəki mənzərə Türkiyəyə qarşı bölgədə yeni ittifaqın formalaşdığını göstərir. ABŞ, Rusiya, Əsəd ordusu, İran milisləri – hamısı PYD ilə ittifaqa girib. ABŞ və Rusiya əsgərləri də II Dünya müharibəsindən indiyə qədər ilk dəfə eyni səfdə yer alıb”, – deyə qəzet yazır.

Qəzet bölgədəki mənbələrə istinadən qeyd edir ki, PYD-nin Münbiçin qapılarını Rusiyanın üzünə açmasından sonra ABŞ-la münasibətləri pozulub: “Buna baxmayaraq, yenə də Pentaqon Suriyada “sahədəki ən güclü müttəfiq” hesab etdiyi PYD-dən vaz keçmək istəmir. ABŞ ordusu son olaraq fransızlara aid bir fabrikin olduğu Silo bölgəsinin cənubu ilə Karakozakın şərqindəki əraziyə havadan silah-sursat atıb. Rakka əməliyyatından öncə ABŞ, Fransa və Almaniya əsgərləri Ayn əl-Arabın 35 kilometr cənubundakı bazada hazırlıqlar həyata keçirir. Rusiya isə Münbiçlə yanaşı, PYD-nin nəzarətindəki Afrin bölgəsində yerləşib. Rusiy Afrinə “atəşkəsi izləmək” adı altında daxil olub”.

Qəzet əlavə edir ki, Aralıq dənizinə gedən yolda Fərat çayını nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətə malik Münbiç ABŞ-a “terror dəhlizi planı” (Suriyanın şimalında yaradılması planlaşdırılan “kürd dəhlizi”-red) üçün, Rusiyaya isə “masada güclü olmaq” üçün lazımdır.

“Bununla yanaşı, Suriyadakı bütün güclər PKK-nın qolu olan PYD-dənTürkiyəni sıxışdırmaq üçün istifadə edir. ABŞ və Rusiya ilə yanaşı, İran milisləri də Münbiçdə PYD-yə dəstək verir. Məlumatlara görə, Tehran PYD üzvlərinin hər birinə 7 min dollar maaş, döyüşdə ölənlər üçün isə 20 min dollar təzminat verir”, – deyə məqalədə vurğulanır.

(publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91144

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930