Türkiyə və İran üz-üzə: Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ QAPIDA

27.03.2017 - 14:35

“İrandan aldığımız məlumata görə, üç milyon miqrant Türkiyəyə doğru hərəkət edir”.

Publika.az  xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin köməkçisi Veysi Kaynak deyib.

Onun sözlərinə görə, 3 milyon miqrant Türkiyəyə qalmaq üçün gəlmirlər.

“Avropanın, dünyanın bunu fikirləşməsi lazımdır. Miqrantlar Türkiyədən keçid nöqtəsi olaraq istifadə edəcək. Türkiyədə qalmaq istəmirlər, buradan keçib Avropaya gedəcəklər”, – deyə o bildirib.

V.Kaynak əlavə edib ki, hazırda Türkiyədə olan 3 milyon miqrantın yalnız 10 faizi Avropaya getmək istəyir: “Lakin İran üzərindən Türkiyəyə gələn miqrantların hamısı Avropaya getmək istəyir. Onların çoxu əfqan və pakistanlılardır. Biz ötən il qanunsuz miqrantlara qarşı əməliyyatlar keçirmişik. Təkcə Ağrı bölgəsindən qanunsuz keçmək istəyən 30 min miqrant saxlanılıb. Bu əməliyyatlar davam edir. Sərhədlərdə miqantların geri qaytarılmasını təmin edən məntəqələr yaratmışıq”.

Qeyd edək ki, İrandan Türkiyəyə keçmək istəyən miqrantlar Azərbaycan üçün də ciddi problemlərə səbəb ola bilər. Çünki miqrantların keçəcəyi sərhədlər Azərbaycan sərhədlərinə yaxındır.

İranın Xarici İşlər Nazirliyi isə deyilənləri təkzib edən bəyanat yayıb. Bəyanatda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da tənqid olunur: “Ərdoğanın İranla bağlı işlətdiyi ifadələr qəbuledilməzdir. Təəssüf ki, türk rəsmilərin qonşularına yönəlik müdaxiləçi və problem yaradacaq açıqlamaları davam edir. Ankara başqalarını ittiham edərək və xəyali iddialarını təkrarlayaraq, qonşularına qarşı öz mövqeyini göstərir”.

Xatırladaq ki, Ərdoğan ötən həftə “İraqda məzhəb gərginliyi yüksəlir. İraqdakı hadisələr həmçinin, məzhəb gərginliyindən qaynaqlanan irqçilikdir. Bu da İranın adətən öz tarixindən gələn irqçiliyini bölgədə yaymaq siyasətindən irəli gəlir” deyə bildirmişdi.

İran XİN Veysi Kaynakın miqrant açıqlamasını “qəribə və yanlış” adlandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91274

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930