“Ermənilərin təhlükəsizliyi və rahatlığı bizim üçün xüsusi önəm daşıyır…” –Ərdoğandan ermənilərə barış məktubu (TAM MƏTN)

25.04.2017 - 01:41

Türkiyə prezidenti Ərdoğan 1915-ci il olayları və Türkiyədəki ermənilərin dini rəhbərinin seçilməsi ilə bağlı İstanbuldakı erməni dini lider Aram Ateşyana məktub ünvanlayıb.

Strateq.az Türkiyə mediasına istinadən Azərbaycanı da yaxından maraqlandıracaq həmin məktubun tam mətnini oxucularına təqdim edir:

“Çox dəyərli erməni vətəndaşlarım, sizləri sevgiylə, sayğı ilə salamlayıram.

Birinci Dünya Müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə başsağlığı verirəm.

Bölgənin iki qədim toplumu olaraq, türklər və ermənilər min ildir çiyin-çiyinə yaşadıqları bu coğrafyada ortaq bir tarix və  mədəniyyəti paylaşıbdır.

Erməni toplumu istər Osmanlı dövründə, istərsə də cumhuriyyətimizin yüz ilə yaxınlaşan keçmişində çox qiymətli övladlar yetişdirərək, ölkəmizin inkişafına böyük dəstəklər veriblər.

Dünən olduğu kimi, bu gün də ermənilər ölkəmizin bərabər və azad vətəndaşları olaraq, sosial, siyasi və ticarət həyatımızın hər sahəsində önəmli rollar almaqdadırlar.

Yüz illərlə sevinc və kədərdə ortaq olan iki xalqın keçmişin yaralarını sarması və insani bağlarını daha da quvvətləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə 14 ildə bir çox addım atdıq, tarixi islahatlar həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaya yönəlik çalışmalarımızı önümüzdəki zamanda da artırmaqla, davam etdirəcəyik.

Bu məqsədlə xüsusi bəyan edirəm: ölkəmizdəki erməni camaatının rahatlığı, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi önəm daşıyır. Tək bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına, özünü 2-ci sinif hiss etməsinə səbrimiz yoxdur.

Türkiyə ermənilərinin özünün dini lideri seçimini qısa bir zamanda nəticələndirməsini arzu edir, fəaliyyətinizdə sizlərə uğurlar arzulayıram. Bu arzuyla 20-ci əsrin başlancığında həyatını itirən Osmanlı ermənilərinin xatirəsini bir daha yad edirəm.

Birinci Dünya Müharibəsinin sıxıntılı şərtlərındə hayatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930