“Eldar Mahmudov məhkəməyə gəlsin…”

23.06.2017 - 14:50

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahid qismində MTN əməkdaşı Rafiq Abdullayev ifadə verərək deyib ki, Əmlak Komitəsinin əməkdaşı Rauf Sultanovun saxlanılması barədə tapşırqlar idarə rəisi tərəfindən verilib.
Zərərçəkmiş Maqsud Mahmudov deyib ki, sabiq nazir Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyir: “Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir”.
Hakimlər vəsatəti müzakirəyə çıxarmayıblar.
M.Mustafayev həbsdə intihar edən polkovnik İlqar Əliyevin ifadəsinin elan edilməsini istəyib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində ifadə elan olunacaq.
Xaliq Sadıxov MTN əməkdaşı Ayaz Gərayzadənin dindirilməsini istəyib. Məhkəmədə məlum olub ki, A.Gərayzadə barəsində həbs qərarı verilib və o, axtarışdadır.
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək. (musavat.com)

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95338

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930