Gülər Əhmədova qardaşının səhhətindən danışdı

15.07.2017 - 21:42

“Hər şey yaxşıdır, Allah bütün qardaşları qorusun”

Sabiq millət vəkili, psixoloq Gülər Əhmədova qardaşı, telejurnalist İlqar Mikayıloğlunun səhhəti barədə sosial şəbəkədə məlumat verib.

Musavat.com xəbər verir ki,sabiq deputat Füzulidə çəkiliş zamanı ilan vuran qardaşının səhhətinin düzəldiyini yazıb. Status aşağıdakı kimidir: “Gözəl insanlar,əziz dostlar! Allahıma çox minnətdaram ki, siz varsınız. Hamınız mənə dünən qardaş oldunuz, bacı oldunuz! Çox şükür,hər şey yaxşıdır. İlqar salamatdır. Allah bütün qardaşları qorusun! Bizə göstərdiyiniz ilgiyə, dualarınıza görə hamınıza təşəkkür edirəm! Dostluqdan əskik olmayın! Bu dünyanın ən böyük var- dövləti sizsiniz- dostlarımız!”

 

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96620

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31