Sabah Natiq Əliyevin 40 mərasimidir

18.07.2017 - 12:03

Sabah – 19 iyulda mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin qırx mərasimidir

Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliyevanın Cumhuriyyet.net-ə verdiyi məlumata görə, mərasim Heydər məscidində keçiriləcək.

N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb.

“Ciddi tibbi müdaxilə ilə qan dövranının normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.

Mərhum 9 iyulda Bakıya gətirilib, 10 iyulda  II Fəxri Xiyabanda torpağa tapşırılıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31