DGK sədri türkiyəli iş adamlarına müraciət edib

18.07.2017 - 21:53

“Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir”

Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır.

“Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrin də bu səviyyədə qurulmasını istərdik”, – deyə A. Əliyev bildirib.

Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: “Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, “Yaşıl”, “Sarı”, “Qırmızı” dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb”.

Qurum rəhbəri son zamanlar iki ölkə arasında gömrük sahəsində müşahidə olunan problemlərə də toxunub: “Türkiyə məhsullarının Azərbaycana ixracı zamanı bir sıra problemlər olur ki, bu da ikili invoysların tətbiqi ilə bağlıdır. Bunun tətbiq edənlər gömrük vergi və rüsumlarından yayınmaq istəyir. Lakin biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq. Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarına tövsiyə edin”.

A. Əliyev Türkiyənin dünyaca məşhur şirkətlərini də Azərbaycana investisiya yatırmağa dəvət edib.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96892

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930