Türkiyənin baş naziri yeni nazirlər kabinetinin tərkibini açıqladı

19.07.2017 - 17:42

Beştəpədə ölkə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşən baş nazir Binəli Yıldırım görüşdən sonra kameralar qarşısına keçərək yeni nazirlər kabinetinin tərkibin açıqlayıb.

Cumhuriyyet.net sondakika.com-a istinadən xəbər verir ki, yeni nazirlər kabinetində ədliyyə, müdafiə və səhiyyə naziri dəyişidirilib.

Baş nazir müavinləri Bəkir Bozdağ, Meşmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub.

Ədliyyə naziri Abdulhamit Gül, ailə və sosial siyasət naziri  Fatma Betül Sayan Kaya, Avropa Birliyi naziri Ömər Çelik, bilim və sənaye naziri Faruk Özlü, çalışma və sosial təminat naziri Julidə Sarı Əroğlu, ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclik və idman naziri Osman Aşkın, qida, kənd təsərrüfatı naziri Ahmet Əşraf, gömrük və ticarət naziri Bülənt Tüfəngçi,daxili işlər naziri Süleyman Soylu, inkişaf naziri Lütfi Əlvan, turizm və ətraf mühit naziri Numan Kurtulmuş, maliyyə naziri Naci Ağbal, təhsil naziri İsmət Yılmaz, müdafiə naziri Nurəddin Canikli, orman və su işləri naziri Veysəl Əroğlu, səhiyyə naziri Əhməd Əmircan, rabitə və nəqliyyat naziri Ahmet Arslan olub.

Ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 şəxsin vəzifəsi dəyişib.

Tuğrul Türkeş və Veysi Kaynak baş nazir müavini, Mehmet Müezzinoğlu əmək və sosial təminat naziri, Akif Çağatay Kılıç gənclik və idman naziri, Faruk Çelik  qida, kənd təsərrüfatı naziri postlarını itiriblər.

16 apreldə keçirilən referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin artırılması ilə yanaşı, nazirlər kabinetinin tərkibinin dəyişdirilməsi məsələsi də gündəmə gəlmişdi.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96986

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930