“QARABAĞ” AVROPADA TARİX YAZDI !!! – ÇEMPİONLAR LİQASINDA!!!

24.08.2017 - 00:39

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu. Turnirdəki təmsilçimiz “Qarabağ” “Kopenhagen” ilə qarşılaşıb. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verirdi.

“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla

Kopenhagen. “Parken” stadionu

***

İlk hissənin sonuncu dəqiqəsində “Kopenhagen” futbol klubu hesabı açıb: 1-0 

Oyunun ilk hissəsinə 2 dəqiqə vaxt əlavə olunsa da, başqa qol vurulmayıb və komandalar fasiləyə yollanıblar. 

Qeyd edək ki, Bakıda keçirirlən ilk oyun “Qarabağ”ın 1-0 üstünlüyü ilə bitmişdi. Bununla da ümumi hesab bərabərləşmiş oldu. 

***

“Qarabağ” klubu oyunun ikinci hissəsində, 64-cü dəqiqədə Dinonun qolu ilə hesabı bərabərləşdirir. Bundan cəmi 2 dəqiqə sonra, 66-cı dəqiqədə “Kopenhagen” klubu oyunda ikinci qolunu vurub: 2:1.

Bununlada “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=98596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31