Milyardların bədbəxtliyi hesabına xoşbəxt olan, Azərbaycana qənim kəsilən SOROS kimdir?

08.09.2017 - 00:10

Bir neçə gün əvvəl Azərbaycan hakimiyyəti ilə bağlı Qərbin bir neçə nəşri iddia ortaya atdılar. Bu iddialara rəsmi şəkildə cavab gecikmədi. Az sonra Prezidentin köməkçisi bu proseslərin arxasında dayanan şəxsin kimliyini açıqladı.

Bu ad çox şey deyir  – CORC SOROS

90-cı illərin dəmir pərdəsi qalxan zaman Qərbdən çoxsaylı beyin mərkəzlərinin, iqtisadi spekulyatorların nümayəndələri müxətlif adlar altında Azərbaycana axmağa başladılar. Hər bir institutun da öz missiyası, öz vəzifələri vardı. İçərilərində biri, olduqca cəzbedici və  parıltılı ideyalarla fərqlənməyə başlamışdı.

Corc Sorosun Açıq Cəmiyyət İnstitutu.

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasını “hədəfləyən” bu qurumun başı Corc Sorosdur.

Kim bu SOROS???

Kimilərinə görə, xoşbəxtlik paylayan “Robin Hood”, kimilərinə görə isə şəxsi mənfəətləri üçün mübarizə aparan London şeytanı.

Bu adlarla tanınan Corc Soros dünyanın ən böyük maliyyə spekulyatoru və investisiya amirlərindən biridir.

Sorosun həyat hekaysi çox sadə başladı.12 avqust, 1930-cu ildə Budapeştdə yəhudi ailəsində doğulan Sorosun atası Tivadar Schwartz Birinci Dünya Müharibəsi zamanı Rusiya tabeçiliyindən qaçaraq soyadını Soros olaraq dəyişdirdi. Bu qədər təhlükəli, həyatını itirəcək qədər çətin həyat yaşayan Soros həyatda saxta sənədlər hazırlatdıraraq qala bilir.

Almaniya Macarıstanı işğal edən vaxt Sorosun gələcəyi sual altında qalır. Bu dəfə də görünməz əl onu Mədəniyyət Nazirliyində yüksək vəzifədə çalışan birinin nəvəsi  kimi sənədlərə qeyd etdirir. Faşizmin işğal dönəmində 5 qəpiyə möhtac olan Soros indi Amerikanın və dünyanın sahiblərindən biridir.

İl 1944-cü ili göstərəndə Soros ailəsi Britaniyaya qaçmağa nail olur. 1947-ci ildən Oksfordda təhsil almağa başlayır.

Çətin idi, təhsil almaq üçün pul yox, kasıblıq da bir tərəfdən. Qul bazarında işə düzəlir və ağır yük altında ayağının birini qırır. Uzun müddət xəstəxanada yatmalı olur. Gələcəyə dair baxışları, Sorosu Soros edən düşüncələrə də məhz o zamanlarında nail olur. “Dövlət yarımda ehtiyacı olanların dövlətidir” tezisini həyat amalına döndərir.

Sorosun həyatında kilid nöqtəni oynayan şəxs məşhur alim, filosof, debat ustası Karl Popper olur.Popperdən mənimsədiyi fikir onu dünya ağası edir. Açıq cəmiyyət maliyyə qazanmaq üçün ən ideal seçimdir. O özü də bu haqda yazırdı: “Popperə görə, pul qazanmağı öyrəndim, ən gülməlisi isə o qazandıqlarımı da xərcləməkdən yararlanmağı da  öyrəndim”.

1952-ci ildə Britaniyada təhsilini tamamlayaraq, 4 il sonra ABŞ-a köçür.

Makro iqtisadiyyat dərsləri alan Soros səhmlərini ucuz alaraq baha satmağa adət etdi. Bu strategiya nəticəsində qısa müddətdə həm varlandı, həm də maliyyə dünyasına sürətlə daxil ola bildi.

1961-ci ildə ABŞ vətəndaşlığını aldığı gündən etibarən maliyyə və birja spekulyasiyasına başlayır. Atasından ona keçən əvvəlcədən hissetmə bacarığı milyonlarla müştəri torplamasına bəs etdi. 1970-ci ildı Cim Rocer ilə Quantum investisiya Fondunu quraraq sərvətini iki dəfə artırdı. 100 min dollarla qurulan fondun maliyyəsi  2000-ci ildə 4 milyard dollara çatdı.

16 Sentyabr 1992-ci ildə (Qara çərşənbə kimi anılır) ingilis pondunun devalvasiyasından istifadə edərək bir gündə 1 milyard dollar qazandı. Bu hadisə onu bütün dünyada tanıtdı və “ingilis banklarını soyan adam” adını qazandı.

Özünü filosof kimi görən Soros investisiya dünyasına qızıl kimi məsləhət verir: “Bir nəzəriyyə düşünün və birjada sınayın”.

Şəxsi həyatı

Üç dəfə evlənən Sorosun ilk qadını Annaliese Witschak ilə 1960-cı ildə nikaha girib,  1983-cü ildə boşandı. Cütlüyün  bu evlilikdən Robert Daniel Soros, Andrea Soros və Jonathan Tivadar Soros adında üç uşağı dünyaya gəldi.

İkinci dəfə Susan Weber ilə evləndi . Bu evlilikdən isə Alexander Soros və Gregory James Soros adında iki uşağı oldu. Ancaq bu evlilik də 2005 –ci ildə başa çatdı.

Qocalmasına rəğmən, bird aha evlilik həyəcanını yaşayan Soros 82 yaşında bu bacarığını nümayiş etdirdi. Amma bu nikah dünya mediasında böyük müzakirə doğurdu.

Özündən 41 yaş kiçik qadınla evləndi. Tamiko Boltonla evlənən gün bütün toy hədiyyələrini xeyriyyə qurumlarına xərclədi. Xeyirsevər insan kimi özünü təqdim etsə də, dünyada onu sevməyənlərin sayı ilbəil artır. Ona “Qanəmici Drakula”, “Haydut”, ”Timsah” kimi nifrət edilən adlar veriblər.

Soros siyasəti sorğulayır.

Milyardlara sahib Soros siyasətdə də addım atmağa başlayır. İlk olaraq, Çexoslovakiyada Çarter 77 və Polşadakı Solidarity adlı anti-kommunist təşkilatlara maliyyə ayırır.

1993-cü ildə Açıq Cəmiyyət İnstitutunu qurur. 2000-ci ildə yardımlarının həcmi BMT-nin ümumi yardımını ötür.

Soros Türkiyədə, Azərbaycanda təşkilatlar qurub, yardımlar edib. Amma dünya ictimayyəti heç də bu şəxsin niyyətlərinin səmimi olmadığının düşüncəsində.

Soros maliyyə gücünü istifadə edərək İkini dünya ölkələrində müntəzəm çevrilişlər edir, nəzarət funksiyasını özündə saxlayır. Zəif Rusiyaya qarşı Qərbin savaşında bu fond Şərqi Avropada dəmir pərdə yaradaraq Moskvaya əməlli baş ağrısı olur.

Ehtimal bir Rusiya –  Nato/Qərb savaşı düşünün. Rus raketləri Atlantik mərkəzləri vurana qədər Orta Avropanı məhv edəcəyi dəqiqdir. Bu siyasəti şübhəsiz ki, dəstəkləyən Qərb strateqləri çox saydadır. Əks halda, dünyanı bölmək savaşında Rusiyanın qabağına bu ölkələrdə  çıxan Soros müharibələrə səbəb olmazdı.

Yuqoslviyada savaşın maliyyələşməsi, Gürcüstanın və Ukraynanın Rusiya qarşısında “plebey” duruma düşürülməsi, Çində maliyyə zəlzələsi, Britaniya banklarının çöküşü, Afrikanın ərəb ölələrinin “ağ günə” çıxması məlum  şəxsin əməllərinin nəticəsidir.

1999-cu ildən Açıq Cəmiyyət Fondu Bakıda yerli tərəfdaşları ilə birlikdə neft və qaz gəlirlərinin şəffaflığı naminə çalışıb.

Əziz Əlibəyli // A24.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99258

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930