“Sevilya” birinci hissədə “Liverpul”a 0:3 uduzduğu oyunu heç-heçə başa vurub – VİDEO
“Sevilya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci tur matçında “Liverpul” ilə 3:3 hesablı heç-heçə edib.
“Report” xəbər verir ki, “Liverpul” Firminonun 2 və 30, Manenin isə 22-ci dəqiqədə vurduğu qollarla fasiləyə 3-0 öndə yollanıb.
Lakin ev sahibi “Sevilya” Ben Yedderin 51 və 60, Pizarronun isə 90+3-cü dəqiqədə vurduğu qollarla matçı 3-3-lük heç-heçə ilə başa vurmağı bacarıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=105135