Məhəmməd Füzulinin oğlunun şeirləri tapılıb

04.01.2018 - 16:06

AMEA-nın  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkar etmişdir. Cumhuriyyet.net bildirir ki,mənbələrin verdiyi məlumata görə, Fəzli Kərbəlada doğulmuş, mədrəsə təhsili görmüş, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Lakin şairin divanı əlimizə gəlib çatmamışdır. Müasirləri onun müəmma janrında şeir yazdığını, mənzum tarix söylədiyini bildirmişlər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=109213

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31