Anton Çexovun hansı səbəbdən öldüyü məlum olub

06.01.2018 - 09:38

Rus yazıçı və dramaturqu Anton Çexovun (1860-1904) ölümünə bilavasitə beyninə qan sızması səbəb olub.

“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, bu qənaətə İngiltərənin Noric şəhərində yerləşən Kuodrem Biologiya Elmləri İnstitutunun tədqiqatçılar qrupu gəlib.

Tədqiqatçılar dramaturqun imzaladığı açıqcalar, onun yazıları və ölüm anında əynində olan alt paltarındakı qan ləkəsindən götürülmüş nümunələrin kimyəvi tərkibini öyrəniblər.

Qəzet yazır ki, nümunələrdə vərəm mikrobakteriyalarının mövcudluğunu göstərən zülallarla yanaşı, damarların tıxanmasına və beyinə qan sızmasına gətirib çıxaran trombun meydana gəlməsini təşviq edən zülali maddələr aşkar olunub.

Çexovun bioqrafları əvvəllər yazarın ürək tutmasıdan öldüyünü güman edirdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=109365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31