Azərbaycanda 55 min dollara stadion satılır – “Nazirlik icazə verir” (FOTO)

08.01.2018 - 15:23
Azərbaycanda stadion satışa çıxarılıb. Binə qəsəbəsi Savxoz yaşayış məntəqəsində yerləşən stadion haqda alış-veriş saytlarının birində elan yerləşdirilib.
Unikal.org əməkdaşı sözügedən elanı yerləşdirən Elxan adlı şəxslə əlaqə saxlayıb.
O, bildirib ki, stadionun istifadəsi üçün Gənclər və İdman Nazirliyindən icazə kağızı var.
“Stadion şəxsidir. AFFA-ya heç bir əlaqəsi yoxdur. Şəxsi olaraq işlədiblər. “Kupça”sı, Gənclər və İdman Nazirliyindən icazə kağızı var. Ərazisi 11 hektardan çoxdur. Qiyməti isə 55 min dollardır”.
Maraqlıdır ki, AFFA bir neçə il öncə stadionların tikilməsi üçün vəsait ayırmışdı. Amma bu stadiona icazəni nazirlik verib.
Aldığımız məlumata görə, sözügedən stadionun yerləşdiyi ərazi GİN-nin balansındadır, bu səbəbdən də meydançanın istifadəsi və satışı nazirliyin icazəsi ilə mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=109483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31