Bakıda gənc şair intihar etdi: Son şeiri… (VİDEO)

09.01.2018 - 11:33
Yanvarın 8-i axşam saatlarında Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin gənc şair Məlik Cahanolduğu bildirilib
Cumhuriyyet.net kult.az-a istinadən xəbər verir ki, o, intihardan əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb.
Məlik Cahanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Məlik Cahangirov 1995-ci il fevralın 10-da Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.
Məlik Cahanın son şeirini təqdim edirik:
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir…Hamı öyrəşir..
Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur…
Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi…

Short URL: http://www.cumhuriyyet.net/?p=109547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31