Dünyanın düzənini dəyişən yanlış anlaşılmalar, tərcümə xətaları…

16.01.2018 - 11:53

Diplomatik qalmaqallara və uğursuzluqlara səbəb olan sözlər, komandana çatmayan məktub…

ABŞ-ın Havay ştatında ballistik raket hücumu barədə verilmiş həyəcan siqnalı onun yanlış verildiyi müəyyən olunana qədər yerli sakinləri təlaşa salıb. Şənbə günü Havay sakinlərinin mobil telefonlarına göndərilmiş rəsmi mesajın mətni belə olub: “Havay istiqamətində yaxınlaşan ballistik raket təhlükəsi. Təcili olaraq sığınacaq axtarın. Bu, təlim-məşq deyil”.

Ştatın qubernatoru David Ige yanlış siqnalın verilməsinə görə üzr istəyərək deyib ki, hadisəyə səbəb işçinin düyməni səhv basması olub.

Nəticədə adadakı sakinlərin mobil telefonlarına ballistik raket hücumu barədə xəbərdarlıq göndərilib. Səhvin baş verdiyi email vasitəsilə 18 dəqiqədən, mobil telefon mesajlaşması vasitəsilə isə 38 dəqiqədən sonra bildirilib.

Lakin ilkin həyəcan siqnalından təsirlənmiş və təlaş içində olan insanların çoxu mümkün hücumdan qorunmaq üçün təcili olaraq sığınacaq axtarmaqda davam edib.

ABŞ hökuməti hadisənin ətraflı araşdırılacağını bildirib.

Şimali Koreya raketlərinin uçuş dairəsi Havay adalarını əhatə etdiyindən ABŞ-ın bu ştatında əhalini mümkün ballistik raket hücumundan xəbərdar edən həyəcan siqnalı ötürən sistem mövcuddur.

Dekabr ayında Havay ştatında “soyuq nüharibə” dövrü bitəndən bəri ilk dəfə olaraq, nüvə hücumu təhlükəsindən xəbər verən həyəcan təbili (sirena sistemi) sınaqdan keçirilib.

Şənbə günü verilmiş həyəcan mesajı isə sakinlərə mobil telefonlar vasitəsilə mətn formatında göndərilib. Həmin təcili xəbər eləcə də televiziya və radio vasitəsilə də yayımlanıb.

Cimmi Karter Polşada elə səhvlər edib ki…

Cimmi Karter ile ilgili görsel sonucu

Əslində bu, olduqca kiçik və sonu hər hansı bir zərərlə bitməyən yanlışlıqdır. Amma dünya tarixində yanlış anlaşılmaların, ani yanlışlıqların, ani səhvlərin nəticəsində baş vermiş böyük hadisələr, savaşlar və qarşıdurmalar yaşanıb. “Yeni Müsavat” bu hadisələrin bəzilərini sizin nəzərinizə çatdırır.

Amerikanın keçmiş prezidenti Cimmi Karter danışanda kütlələrin diqqətini necə özünə çəkəcəyini bilirdi. 1977-ci ildəki Polşa ziyarətində etdiyi bir nitq zamanı bu ölkəyə qarşı “cinsi arzu” duyduğunu demişdi. Ən azından tərcüməçi belə deyirdi. Daha sonra anlaşıldı ki, Karter əslində Polşa xalqının “gələcəyə dair arzularını” anlamaq istədiyini demişdi.

Karterin tərcüməçisi “Bu səhər Amerikadan çıxdım” sözlərini də “Bir daha dönməmək üzrə Amerikanı tərk etdim” şəklində tərcümə etmişdi. Həmin həftə yayımlanan “Time” jurnalına görə, Karterin Polşada olduğuna görə xoşbəxtliyini ifadə edən sözləri də “Polşanın cinsi orqanını tutmaq xoşbəxtlik verir” kimi tərcümə edilmişdi.

Karter axşamkı özəl yeməkdə isə əlbəttə ki, eyni tərcüməçinin xidmətindən istifadə etməmişdi. Amma sıxıntı bununla da yekunlaşmamışdı. Yeməkdəki nitqində ilk cümləsi tərcümə edilməmişdi. İkinci cümləsi də onun kimi. Prezidentin yeni tərcüməçisi onun ingiliscəsini anlamamış və səssiz qalmağı tərcih etmişdi. Karter Polşadan gedəndə artıq zarafat mövzusuna çevrilmişdi.

Xruşşovun səhvi dünyanı alt-üst edib

Xruşşov ile ilgili görsel sonucu

1956-cı ildəki bir tərcümə xətası isə soyuq müharibə atmosferinin daha da gərginləşməsinə yol açmışdı. Sovetlər birliyi lideri Nikita Xruşşovun Moskvadakı Polşa səfirliyində qərbli diplomatlara yönəlmiş bir yeməkdə etdiyi çıxışındakı bir cümləsi “Sizi basdıracağıq” şəklində tərcümə olunmuşdu. Bu sözlər jurnal və qəzet manşetlərində yer aldı, SSRİ ilə Qərbin münasibətlərini daha da soyutdu.

Amma məsələyə kontekst daxilində baxılanda Xruşşovun sözlərinə əslində “Xoşunuza getsin, ya da getməsin, tarix bizim yanımızdadır. Sizin altınızı oyacağıq” mənasına gəlirdi. Burada Xruşşov kommunizmin daha çox yaşayacağını, kapitalizmin öz içindən çökdürüləcəyini vurğulayır. Karl Marksın “burjuaziyanın öz məzar qazıcılarının yaratdığını” sözlərini başqa formada ifadə edən Xruşşovun yanlış tərcümə nəticəsində səslənən bu sözləri isə amerikalılarda nüvə hücumu yaradacaq effektli bir təhdid olmuşdu.

Xruşşov sözlərinə aydınlıq gətirsə də, bu, onun bir neçə ilini almışdı. 1963-cü ildə Yuqoslaviyada etdiyi bir çıxışda belə deyirdi: “Təbii ki, sizi kürəklə basdıracağıq. Öz işçi sinfiniz sizi basdıracaq”.

Berlin divarının aradan götürülməsi… səhv nəticəsində baş verib

İlgili resim

Daha bir yanlış anlaşılma nəticəsində baş verən qalmaqala keçək. 1989-cu ildə Şərqi Almaniya siyasətçisi Gunter Şabovski mətbuat konfransı keçirirdi və Şərqi-Qərb Almaniya sərnişin məhdudlaşdırılmaları ilə bağlı açıqlamalar verirdi. Amma qurduğu tək bir cümləni tamamən yanlış bir şəkildə qurdu və dedikləri sərnişin məhdudlaşdırılmalarının tamamən aradan qaldırılması kimi anlaşıldı. Bunu eşidən bir qəzetçi bu dəyişikliklərin nə zaman həyata keçəcəyini soruşdu və Schabovski “dərhal” deyə cavab verdi. Və nə oldu? Berlin divarı dərhal aradan götürüldü.

1961-ci ildə Kuba hücumu planlaşdırıldığı zaman həm hava qüvvələri, həm də ordu eyni vaxtda sürpriz  bir plan hazırlamışdı. Amma Pentaqon Nikaraqua və Kuba arasındakı saat fərqini hesablamağı unutdu və hava qüvvətləri 1 saat gecikdi. Nəticə? Hücum bir məğlubiyyətlə nəticələndi.

1961-ci ildə SSRİ “N1″ raketi ilə Ayı hədələyirdi. Yanacaq nasosuna ilişən bir əşya isə raketin qalxmasından saniyələr sonra partlamasına səbəb oldu. Baş vermiş hadisə nüvə bombası xaricində insanlıq tarixinin gördüyü ən böyük partlama idi…

Erwin Rommel ile ilgili görsel sonucu

Marşal Ervin Rommel 1944-cü ildə Avropanı müttəfiq dövlətlərdən qorumağa məsul idi. Rommel  həmin ilin 6 iyununda həyat yoldaşının ad günü partisinə qatılmaq üçün icazə aldı və məhz həmin gün müttəfiqlər Normandioyaya ayaq basdılar. Bununla almanlar II Dünya müharibəsindəki ən böyük məğlubiyyətlərini yaşadılar.

Amerika inqilabı zamanı Vaşinqton pullu əsgərlər tərəfindən mühasirəyə alınan Trenton şəhərini ələ keçirə bilmək üçün Delaveyrə daxil olaraq irəliləyirdi. Yol üstündəki bir fermer əsgərləri gördü və bir məktub yazaraq pullu əsgərlərin komandiri Cohann Gotlieb Rallə göndərdi. Amma məktub açılmamış bir halda müharibədən sonra Rallin cibində tapıldı.

Gördüyünüz kimi, bir-birindən maraqlı və ziddiyyətli bu hadisələr bütünlüklə dünya tarixinin gedişinə təsir göstərib. Kiçik yanlış anlaşılmalar müharibələrə, ciddi diplomatik krizlərə və qalmaqallara səbəb olub.

Sevinc TELMANQIZI,

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=110129

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930